Soyuq havanın əvəzolunmazı - TURŞULARIN FAYDALARI

  • 16 Sen 2020 14:26
  • 1566 Baxış
Soyuq havanın əvəzolunmazı  - TURŞULARIN FAYDALARI
Kələm, çuğundur, qarğıdalı, lobya, sarımsaq kimi bir çox növü və ləzzəti olan turşular soyuq havaların ən gözəl qidalarındandır. Mütəxəssislər qeyd edirlər ki, turşular sağlamlığımız üçün də faydalıdır. Amma tərkibində yüksək miqdarda duz olduğuna görə hər gün , aşırı miqdarda yeyilməməmlidir. Sağlam insanlar turşuları həftənin 2 günü, maksimum bir ovuc içi qədər yeməlidir. Bu yüksək təzyiq, diabet, böyrək çatışmazlığı və mədə xəstəlikləri olan insanlarda problemlərə səbəb ola bilər. Ona görə də lazım olarsa heç yeməməlidirlər.

Bəs turşunun faydaları nələrdir?

Medicina.az həmin araşdırmanı təqdim edir:

İmmun sistemini dəstəkləyir

Meyvə və tərəvəzlərdən olan turşu tərkibində immun sistemini gücləndirən bir çox vitamin, mineral və antioksidandan ibarətdir. Turşular bədəndəki antioksidan müxtəlifliyini artırdığı üçün daha çox faydalıdır. Bunlardan daha çox çuğundur və kələm turşusu məsləhətlidir. Yüksək antioksidan tərkibi ilə tərəvəzlərdən hazırlanan turşular soyuqdəyməyə qarşı da qoruyur. Turşu kimi fermentləşdirilmiş qidalar yeməklərlə birlikdə yeyildiyində tərkibində yer alan sirkə sayəsində insulin düşməsini normaya salaraq daha nəzarətli bir qan şəkəri təşkil edir. Amma diabet, təzyiq və böyrək probleminiz varsa turşu yemək sizin üçün riskli ola bilər.

Əzələ ağrıları üçün faydalıdır

Turşunun digər önəmli faydası itirilən su və mineralların yerinə oturmasına dəstək olmasıdır. Həmçinin tərkibindəki sirkə ilə əzələ ağrıları üzərində də təsiri vardır. “Medicine & Science in Sports and Exercise” adlı bir jurnalda yayımlanan məqalədə susuz qalan kişi idmançılarda 1/3 stəkan turşu suyunun əzələ ağrılarına faydalı olduğu qeyd edildi.

Çəkiyə nəzarətə kömək edir

Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün xüsusi ilə də yeməklə bərabər yeyildiyində qidaların mədəni tərk etmə vaxtı yavaşlayır, bununla da toxluq hissi uzun müddət davam edir. Tərkibindəki sirkə qaynaqlı asidlər bədəndə yağ yığılmasının da qarşısını alır. Həm aşağı kalorili olamsı, həm də qəbzliyə qarşı təsirliliyinə görə turşu çəki vermək istəyənlərə də kömək edəcəkdir.

Xərçəngdən qorunmağa kömək edir

Turşu hazırlanmasında istifadə edilən tərəvəzlərin hamısı antioksidanla zəngindir. Antioksidanlar sərbəst radikallarla reaksiya verərək hüceyrələrə zərər vermələrinin qarşısını alır. Bununla da xərçəngə qarşı orqanizmi qoruyur. Avropa Xərçəng Jurnalında (European Journal of Cancer) yayımlanan bir məqaləyə görə, natrium miqdarı yüksək olan qidaların mədə xərçəngi ilə əlaqəli olduğu aşkar edilmişdir.
Turşunun yeyilməsində miqdar çox önəmlidir. Mədə problemi olan insanlar diqqətli olmalıdır.

Ürək-damar xəstəliklərinə qarşı qoruyur

Tərkibindəki antioksidanlar, vitamin və minerallar sayəsində turşular ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsirə malikdir. Amma bu qoruyuculuq sağlam insanlara aiddir. Turşunun tərkibində duz çox olduğuna görə təzyiq problemi olanlar turşu yeməkdən uzaq durmalıdır. Çünki bu xəstələrdə qan təzyiqi yüksələ və damara zərər verə bilər. Yalnız sirkə və duzla hazırlanan, tərkibində qoruyucu maddələr olmayan, fermentasiya olunan (bağırsaq florasında faydalı bakteriyaların davamlılığını və böyüməsini təmin edən) evdə hazırlanan turşu bağırsaqlar üçün önəmlidir.

Bağırsaq florasının sağlamlığı bağırsaq hərəkətləri üçün də son dərəcə vacibdir. Yüksək lifli tərəvəz və meyvələrdən hazırlanan turşular, bu təsirlərlə nəcisin həcmini artırır, metabolik tullantıların bədəndən daha asanlıqla çıxarılmasına kömək edir və qəbizlik problemlərini də aradan qaldırır.


X