Soyuq insanları istidən 20 dəfə çox öldürür

  • 2022.09.12 15:46
  • 1503 Baxış
Soyuq insanları istidən 20 dəfə çox öldürür


Soyuq və şaxtalı hava istidən insanlıq üçün istidən 20 dəfə daha təhlükəlidir.


"Medicina" xəbər verir ki, britaniyalı alimlər insan ölümünə ekstremal isti və ya soyuğun səbəb olmadığını bildirib.

London tibbi məktəbinin ekspertləri havanın insan ölümünə təsiri barədə araşdırma aparıb.

"Anomal isti və anomal soyuqda ölüm riski yüksəkdir, amma reallıqda insanları öldürən kəskin soyuq yox, kəskin temperatur dəyişikliyidir.

Məsələn, 20 dərəcə istidən qəfil 6 dərəcəyə enmə və ya 10 dərəcə temperatur davam edərkən, 3 gün ərzində 1 dərəcəyə enmə ərəfəsində orqanizm daha dözümsüz olur.

Soyuq insan üçün daha ölümcüldür, aşağı hararət daha çox ürək-damar problemi yaradır.

Alimlər inkişaf etmiş ölkələrin klimatik ölüm səviyyəsi ilə mübarizəsində daha çox ekstremal istilərlə mübarizə apardığını qeydə alıb. Əslində isə diqqət soyuqlara yönəlməlidir".

Halbuki Milli Hava Xidməti məhz isti havanın tornado, tufan və selbasma yaratdığı üçün insan həyatına ölümcül təsir etdiyini açıqlamışdı.


Aygün Musayeva