Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuq su ilə çimən gənc öldü

  • 2020.02.20 11:46
  • 2607 Baxış
Soyuq su ilə çimən gənc öldü

Biləsuvar rayon sakini pnevmoniyadan vəfat edib.

Medicina.Az Report-a istinadən xəbər verdi ki, rayonun Ağalıkənd kənd sakini, 17 yaşlı Quliyev Xalid İdrak oğlu müalicə olunduğu xəstəxanada ölüb.

Məlumata görə, mərhum bir neçə gün öncə soyuq su ilə çimib. Bunda sonra onun vəziyyəti pisləşib. O, xəstəxanada bir müddət müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.