Spirtli içki qanı dezinfeksiya edir? – Məşhur fikrə cavab

  • 2023.04.28 15:47
  • 2210 Baxış
Spirtli içki qanı dezinfeksiya edir?  – Məşhur fikrə cavab
El arasında belə bir mif dolaşır ki, içki içən insanlar daha az xəstələnir, guya spirt onları daxildən dezinfeksiya edir.

Alkoqol, hər şeydən əvvəl, sağlamlığınız üçün zərərlidir. Hətta kiçik dozalar belə bütün orqan və sistemlərin işinə təsir göstərir.

“Medicina” xəbər verir ki, Rospotrebnadzorun Epidemiologiya İnstitutunun həkimi Yekatirina Blizninanın sözlərinə, görə tez-tez spirtli içki qəbul edən insanlar daha çox xəstələnə bilər, çünki onların immun müdafiəsi zəiffdir.

“Hər hansı bir güclü içkinin əsas komponenti etanoldur. Bu spirtin bədənimizdəki zəhərli metaboliti asetaldehiddir. Digər zülallarla birlikdə qaraciyər hüceyrələrini, mədəaltı vəzi, beyin və qan hüceyrələrini zədələyir.

Bundan əlavə, etanol oksidləşdikdə orqanizmdə şişlərin, aterosklerozun, şəkərli diabetin və digər xəstəliklərin inkişafına təkan verən reaktiv oksigen növləri əmələ gəlir”.

Bədənimizin müdafiə sistemi mürəkkəb bir mexanizmdir. Etil spirtinin anadangəlmə insanda olan immun hüceyrələrinə təsiri, onların işini daha da pisləşdirdiyini sübut edən elmi tədqiqatlar var.

“Bir şəxs çox və tez-tez içirsə, bədənində immunitet sisteminin müxtəlif infeksiyalara reaksiyasından cavabdeh olan limfositlər azalır.


Əgər içmək xroniki vərdişə çevrilibsə, o zaman insan orqanizmində patogenlərə cavab verməli olan T hüceyrələri azdır. Nəticədə xroniki iltihab, yaşa bağlı xəstəliklər, autoimmun proseslər inkişaf edir.

Sadə dillə desək, etanol immunitet sistemimizi həm bakterial, həm də viral infeksiyalara qarşı həssas edir, buna görə də içki içənlər daha tez-tez xəstələnə bilər”.

Aygün Musayeva