Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır? – Həkimdən açıqlama

  • 2024.01.26 15:46
  • 3544 Baxış
Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır?  – Həkimdən açıqlama
Stəkanı 20 manata satılan, qədimdən nənələrin öskürək dərmanı eşşək südü qızılca və göyöskürək epidemiyasında yenidən aktuallaşıb.

Sosial şəbəkələrdə analar eşşək südü axtarır, dərmanların yox, məhz bu südün uşağa kömək etdiyini yazır. Həkimlər bunu qəti tövsiyə etməsə də fakt faktlığında qalır.

Eşşək südü həqiqətənmi uşaq xəstəliklərinin qənimidir?


“Medicina”a açıqlamasında tanınmış həkim Seyfəddin Əsəd eşşək südünün faydası və təsirindən danışıb.

“Eşşək südünün tərkibini, özəlliyini, təsir mexanizmini hələ öyrənməyiblər. Amma göyöskürəyi çox yaxşı kəsir. Bu xəstəlikdə nə içirsən faydalı olmur, xəstəyə əziyyət verir. Qədimdən eşşək südü ilə antibiotik olmayan vaxtlarda uşaqları sağaldırdılar. Qızılcada da çox yaxşı təsir edir. İnək südü bişirilib, qaynadılıb verilməlidir ki, brüselyoz keçməsin, amma eşşək südü çiy verilir. Yəni onun tərkibi o qədər keyfiyyətlidir ki, qaynatmağa ehtiyac yoxdur. Eşşək südü ana südünə də tərkibcə yaxındır. Bütün mövcud südlərin içində çox güclüdür. Bu süd qiymətlidir, 2 günə kəsilməyən öskürəyi kəsir”.




Həkim bildirib ki, Avropada, qonşu Türkiyədə eşşək təsərrüfatları var. Bu heyvanın əti də, südü də faydalıdır. Bizdə də bu sahə artırılmalıdır.

“Almaniyada Reyn çayı sahilində eşşəyə abidə qoyublar. Azərbaycanda eşşək və at əti qanunla qadağan deyil. Sadəcə qanunsuz satanları tuturlar, qoymurlar. Türkiyədə araşdırın, nə qədər eşşək təsərrüfatı var. Satırlar, yeyirlər, heç kim də xəstələnmir. Bildiyim qədəri ilə Bakı ətrafında, Qaradağda onun təsərrüfatını yaratmışdılar, çox təəssüf ki, oju yığışdırdılar. Özü də aiddiyatı olmayan qurumlar, adamlar mübarizə apardılar. İndi dünyanı epidemiyalar cənginə alıb, görürsüz, nə qədər xəstə, uşaqlar da ölür, əgər bu dərmandırsa, bunu artırmaq lazımdır, qadağan etmək yox. Çox qiymətli məhsuldur, həm uşaqlar, həm böyüklər də içə bilər. Dünyanın heç yerində eşşək südünə qadağa yoxdur”.


Aygün Musayeva