Stress, həyəcan və yuxusuzluğa qarşı – Bitki çayları

  • 23 Okt 2020 17:16
  • 4040 Baxış
Stress, həyəcan və yuxusuzluğa qarşı  – Bitki çayları

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stresə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın.


Medicina.az sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiyə edir.

Siz növbə ilə 2 bitkini qarışdırıb bir müddət içə bilərsiz. Məsələn, çobanyastığı ilə melissanı birgə istifadə edin.

1. Melissa
2. Nanə
3. Çobanyastığı
4. Zəncirotu (Zveroboy)
5. Valerian (pişikotu)
6. Duşiça
7. Lavanda
8. Damotu (pustırnik)
9. Kəklikotu
10. Xmel

Bunları aptekdən əldə edə bilərsiniz.

2 otun hərəsindən 1 xörək qaşığı götürüb, termosda qaynar suda dəmləyin. Yatmazdan 2 saat əvvəl için. Eləcə də günboyu və işdə 1 dəfə içə bilərsiniz.