Su orucu dietası- Kimlərə olmaz?

  • 2020.05.06 19:20
  • 3957 Baxış
Su orucu dietası - Kimlərə olmaz?


Su orucu 24-72 saat arasında tutula bilər. Bu zaman yalnız su ilə qidalanırsan. 3 gündən artıq tətbiq etmək istəsəniz, mütləq həkim nəzarətində olmalısınız. Ümumiyyətlə, su orucu hər kəs üçün uyğun olmaya bilər.



Niyə su orucu tuturlar?

- Dini və ya mənəvi səbəblərlə

- Arıqlamaq məqsədilə

- Detoks üçün

- Sağlamlıq baxımından faydalı olduğu üçün


Su orucunun faydaları


Bəzi xəstəliklər üçün risk faktorlarına sahib şəxslərin "qısa müddətli aclıqdan” faydalana biləcəyi düşünülür. Risk faktorları arasında ürək xəstəliyi, yüksək təzyiq, yüksək xolesterol, diabet, həddən artıq köklük var. Bu risk faktorları bir-biri ilə əlaqədardır.


Bədən enerji mənbəyi olaraq seçdiyi karbohidratları qəbul edə bilmədikdə yağlardan istifadə etməyə başlayır. Buna görə bədəndə yığılan yağlar sürətlə yanmağa başlayır və insan sürətli şəkildə arıqlayır.


Ancaq pəhriz mütəxəssisləri su orucu ilə sürətli şəkildə arıqlamaq əvəzinə sağlıqlı qidalanma ilə, yavaş-yavaş və mütəmadi məşqlərlərlə bərabər arıqlamağın tərəfdarıdırlar.

Digər yandan, su orucunun bir çox xroniki xəstəlik riskini azalda biləcəyi mövzusunda araşdırmalar da mövcuddur. Ancaq bu mövzuda dəqiq nəticələrə tam nail olunmayıb.

İbn Sinanın xəstələrinə 3 günlük şəfa orucu tətbiq etdiyi söylənilir. Bununla bərabər bəzi cəmiyyətlərdə su orucunun fizioloji təmizlənmə ilə yanaşı, psixoloji təmizlənmə təmin etdiyinə də inanılır.

Günümüzdə isə müasir yaşamımıza sızan toksik maddələrə qarşı su orucu qorunma vasitəsi kimi düşünülür. GMO-lu qidalar, kanserogen maddələr, qeyri-sağlam ərzaqlara qarşı vücudumuzun su orucu ilə təmizləməsi fikri qulağa xoş gəlsə də, hələ ki, bu mövzuda kifayət qədər araşdırmalar yoxdur.


Su orucu kimlərə məsləhət deyil?

Xüsusilə yaşlılar, 18 yaşdan aşağı şəxslər su orucu tutmamalıdır. Bundan başqa, yemə pozuntusu yaşayanlara, artıq çəkililərə, hamilə və ya əmizdirən qadınlara, ürək xəstəliyi, miqreni olanlara tövsiyə olunmur. Mütəmadi olaraq dərman istifadə edənlər isə mütləq həkimlə danışmalıdır.


- Xroniki böyrək çatmazlığı olan xəstələrin böyrəklərinə daha çox zərər verə bilər.

- Bədən hər hansı bir qida olmadan həzm üçün mədə turşusu istehsal etməyə davam edə bilər və bu, mədə qıcqırmasına səbəb olar.