Yüksək qan təzyiqi yaşlılıqda demensiya riskinin artması ilə əlaqələndirilir.
“Medicina” xəbər verir ki, nevroloq Aleksandra Alehina yüksək qan təzyiqi, yəni hipertoniyası olan insanlarda normal səviyyədə olanlarla müqayisədə koqnitiv funksiyanın daha çox azaldığını bildirib.
Hazırda bütün insanların üçdə birində yüksək qan təzyiqinin olduğuna inanılır, baxmayaraq ki, çoxları bunun fərqində deyil. Müalicə olunmazsa, sağlamlığınıza ciddi təsir göstərir, çünki orqanlarınıza əhəmiyyətli dərəcədə təzyiq göstərə bilər. Nəticədə, infarkt, insult və böyrək xəstəliyi kimi ağırlaşmalara səbəb ola bilər.
"Hipertoniyadan əziyyət çəkən insanların düşünmə, qərar qəbul etmə və məlumatı yadda saxlama qabiliyyətlərinin daha sürətli azalması riski altındadır. Tədqiqatçılar uzun illərdir ki, yüksək qan təzyiqi ilə beyin funksiyasının azalması arasındakı əlaqəni izləyir.
Onlar qeydiyyat zamanı heç birinin insult və ya demensiya tarixçəsi olmayan 24.500-dən çox iştirakçını əhatə edən altı mövcud tədqiqatın məlumatlarını təhlil etdilər. Nəticələr göstərir ki, yüksək qan təzyiqi idrak funksiyasının daha sürətli azalmasına səbəb olur və hipertoniya dərmanlarının qəbulu azalma sürətini yavaşlatır".
Ümumi qayda olaraq, yüksək qan təzyiqi 140/90 millimetr civə sütunu (mmHg) və ya daha yüksək (və ya 80 yaşdan yuxarısınızsa 150/90 mmHg və ya daha yüksək) hesab olunur.
Yüksək qan təzyiqinin inkişafının risk faktorlarına aşağıdakılar daxildir:
Kifayət qədər meyvə və tərəvəz yeməmək
Həddindən artıq spirtli içki və ya qəhvə (və ya digər kofeinli içkilər) içmək
Siqaret çəkmək
65 yaşdan yuxarı olmaq
Yüksək qan təzyiqi olan qohumunuzun olması
Əlverişsiz ərazidə yaşamaq
Stress və xəstəliklər
Aygün Musayeva