Süd içmək süd vəzi xərçəngini artırır – Bu yaşdan sonra içməyin

  • 2020.02.27 20:24
  • 5191 Baxış
Süd içmək süd vəzi xərçəngini artırır –  Bu yaşdan sonra içməyin


Alimlər yaşlı qadınlara, xüsusən 60 yaşdan sonra inək südü içməməyi tövsiyə edir.
Medicina.az xəbər verir ki, ABŞ universitetinin alimləri son elmi araşdırmanın nəticəsində elan ediblər ki, inək südü qadınlarda süd vəzi xərçəngini artırır.

Araşdırmada 53 min amerikalı qadının 8 illik həyat və sağlamlıq məlumatları incələnib.

Təcrübənin əvvəlində onların orta yaş həddi 57-58 idi və onlardan heç birində hər hansı xərçəng xəstəliyi yox idi.
8 il ərzində 1200 nəfərində süd vəzi xərçəngi aşkarlanır.

Analizlər göstərib ki, hansı qadının rasionunda təbii inək südü çox olub, onda süd vəzi xərçəngi olub.
Gündə yarım stəkan süd qəbul edənlərdə belə xərçəng riski yüksəlib.

Sübut olunub ki, gündə 1-2 stəkan təzə süd içən qadınların 70%-də 8 il ərzində süd vəzi xərçəngi yaranıb.
Amma süd məhsulları – pendir, kəsmik, qatıq bu riskə təsir etmir.

İnək südü yox, bitki mənşəli süd, kokos, soya südü qəbul edənlərdə isə süd vəzi xərçəngi aşkarlanmayıb.
Bu səbəbdən alimlər yekun olaraq daha yaşlı qadınlara gündə təbii inək südü yox, süd məhsulu və ya bitki mənşəli süd qəbul etməyi tövsiyə edir.