Südlü göbələk şorbasının hazırlanma qaydası - RESEPT

  • 2019.04.22 14:28
  • 13763 Baxış
Südlü göbələk şorbasının hazırlanma qaydası -  RESEPT




Südlü göbələk şorba hazırlamağın qaydasını bilirsiniz?

 

Medicina.az ləzzətli göbələk şorbasının reseptini və hazırlanma qaydasını təqdim edir. 




Tərkibi




250 qram göbələk




1 ədəd ortaboy kökü




2 yemək qaşığı un




2,5 su bardağı süd




6 stəkan su (göbələk və yerkökü bişirilməsi)




4 qaşıq duru yağ




Duz, istiot




Yarım yemək qaşığı kərə yağı




1 çay qaşığı istiot




şüyüd  




Hazırlanma qaydası




Əvvəlcə göbələyi yaxşıca yuyun və xırda-xırda doğrayın. Daha sonra yerkökünü rəndələyib, 3 qaşıq duru yağda qovurun. Rəngi biraz dəyişəndən sonra 2 stəkan su töküb, 5 dəqiqə bişirin. Digər tərəfdən, 2 yemək qaşığı unu bir yemək qaşığı maye yağda qızılı rəng olana kimi qovurun. Başqa qazana qovrulmuş unu əlavə edin, 4 su stəkanı və 2,5 su stəkan süd əlavə edib, unu yumşaldın. Qaynadılmış yerkökünü və göbələyi qarışdırıb bişirin. Duz və istiot əlavə edin. Şorbanız qatı olsa, su və ya süd əlavə edə bilərsiniz. Üzəri üçün kərəyağını əridin, istiot əlavə edin və şorbanın üzərinə tökün. Süfrəyə verməzdən əvvəl kəklikotu qurusunu şorbanın üzərinə ovuşdura bilərsiniz. Bəzək kimi şüyüd yarpaqlarından da istifadə edə bilərsiniz.




Nuş olsun!