Şükufə Yusupova təxliyə olundu

  • 2026.08.25 13:45
  • 105 Baxış
Şükufə Yusupova təxliyə olundu

Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.

Medicina.az bildirir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

“Avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxs (qadın) daha ixtisaslı tibbi xidmət almaq üçün avqustun 24-də Yeni Klinikaya təxliyə olunub. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə məlumatda qeyd edilir.