Sümükləri zəif olanlar üçün - Xüsusi Resept

  • 2018.07.11 16:38
  • 13223 Baxış
Sümükləri zəif olanlar üçün -  Xüsusi Resept
Noxud sümük, əzələ, dişlər üçün möhkəmləndirici təsir göstərir, immuniteti qaldırır. Onun kalorisi ətə bərabərdir.

Medicina.az Noxuddan pasta hazırlamaq üçün resepti təqdim edir:


Lazımdır: 


Noxud – 200 qr

Küncüt – 50 qr

Sarımsaq -3 diş

Cəfəri – 50 qr

Limon -1 ədəd

Zeytun yağı – 50 ml

Duz, qara, qırmızı istiot


Noxud gecədən islağa qoyulur, sonra yumşalana kimi bişirilib, suyu süzülür. Blenderə qoyulub, sarımsaq, cəfəri, küncüt əlavə olunub, bir limonun suyu sıxılır, bütün ərzaqlar qatılıb pasta halına düşənə kimi blenderdən keçirilir.

 

Bu kütlədən pasta hazırlanıb, gündə 2-3 xörək qaşığı qəbul olunur. Noxudda zülal, kalsium, fosfor, maqniy və kaliy var.