Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir - Baş pediatrdan XƏBƏRDARLIQ

  • 2017.10.02 16:06
  • 19153 Baxış
Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir - Baş pediatrdan   XƏBƏRDARLIQ

"1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb".




Medicina.az-ın trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.




O qeyd edib ki, bölgələrdə bu göstərici daha yüksəkdir.




N.Quliyev bildirib ki, oktyabrın 1-ci həftəsi ərzində ana südü ilə qidalanma həftəsi keçiriləcək. Məqsəd ana südünü təbliğ etməkdir:




"Ötən əsrin sonlarında ana südü ilə qidalanma fəlakətli həddə çatdığından bununla bağlı maarifləndirmə işlərinə başlanıb. Bu gün istifadə olunan süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir".