Avstraliya GLP-1 dərmanlarının nadir bir göz xəstəliyinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, Avstraliya Dərman Agentliyi (TGA), 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə edilən dərmanlar haqqında xəbərdarlıq edən bir açıqlama yayımlayıb.
Xəbərdarlıqda bu dərmanların "qeyri-arteritik ön işemik optik neyropatiya (NAION)" adlı nadir bir xəstəliyə səbəb ola biləcəyi və "NAION korluq da daxil olmaqla, daimi görmə itkisinə səbəb ola biləcəyini və görmənin düzəldilməsi üçün sübut edilmiş bir müalicənin olmadığını" bildirən nadir bir xəstəliyə səbəb ola biləcəyi vurğulanıb.
Xəbərdarlıqda GLP-1 dərmanlarından istifadə edən və hər hansı bir görmə itkisi yaşayan hər kəsin dərmanı istifadə etməyi dayandırmalı və dərhal tibbi yardım alması vurğulanıb.
TGA, bu günə qədər GLP-1 dərmanları ilə əlaqəli 36 NAION hadisəsinin olduğunu bildirib.
NAION, gözün arxasındakı optik sinirə qan axınının pozulmasından qaynaqlanır və adətən oyandıqda qəfil, ağrısız görünür.
GLP-1 dərmanları qan şəkəri səviyyəsini və iştahanı idarə etməyə kömək edən bir hormonu təqlid etməklə işləyir və xüsusilə diabetin müalicəsində istifadə olunur.
Aygün
Medicina.az