Tanınmış cərrah koronavirusdan sağaldı

  • 29 Sen 2021 16:30
  • 217 Baxış
Tanınmış cərrah koronavirusdan sağaldı

Bir müddətdir koronavirusa yoluxmuş tanınmış həkim Niyazi Eminov artıq sağalıb.

Bu barədə “Qafqazinfo”ya həkimin müalicə aldığı Gömrük Hospitalından məlumat verilib. Bildirilib ki, N. Eminov sabah hospitaldan evə buraxılacaq.

Qeyd edək ki, N. Eminov səhhəti ilə bağlı sentyabrın 20-də “Yeni Klinika”dan Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Onun ağciyərlərində 90 faizədək buzlaşmanın müşahidə olunduğu bildirilirdi. Bu günlərdə isə süni tənəffüs aparatından ayrılıb.