Tanınmış həkim, apiterapiya üzrə yeganə mütəxəssis – Seyfəddin Əsədin AD GÜNÜDÜR

  • 2020.01.11 21:11
  • 5374 Baxış
Tanınmış həkim, apiterapiya üzrə yeganə mütəxəssis –  Seyfəddin Əsədin AD GÜNÜDÜR
Azərbaycanda apiterapiya ilə məşğul olan yeganə mütəxəssis, UNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının üzvü, Yaponiyanın OİSKA beynəlxalq təşkilatının üzvü, "Premium” klinikasının təbii üsullarla müalicə mərkəzinin rəhbəri Seyfəddin Əsədin 66 yaşı tamam oldu.

Seyfəddin Səməd oğlu Əsəd 1954-cü ildə Tovuz Rayonunun Qaraxanlı kəndində anadan olub. 1976- cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin Mualicə-Profilaktika fakultəsini bitirib.

Bakı, Xarkov şəhərlərində Kardiologiya üzrə təkmilləşdirilmə kursu keçərək, Tovuz rayonunda kardioloq kimi fəaliyyətə başlayıb.

Moskva Xalqlar Dostluqu Universtetində Hirudoterpiya, Ryazan Dövlət Tibb Unverstetində Apiterapiya üzrə tam kurs keçib.

Rusiya, Ukrayna, Türkiyə, Çində, Malayziya,Yaponiyada Təbii Üsullarla mualicənin sirlərini öyrənib.
Hazırda xalq təbabəti, zəli və arı zəhəri – apiterapiya ilə məşğul olan böyük müalicə şöbəsinə rəhbərlik edir.

Qeyd edək ki, apiterapiya arı zəhəri və arı məhsulları ilə mülaicə metodudur. Azərbaycanda bu sahə üzrə yalnız Seyfəddin Əsəd məşğul olaraq, bu vaxta kimi arı sancma vasitəsilə bədənə arı zəhəri yeridilməsi və yanaşı olaraq arının 10-dan çox məhsulunu tətbiq etməklə onlarla xəstəni sağaltmışdır.


Dünyada mualicəsi olmayan Miqren xəstəliyinin təbii üsullarla müalicəsini Seyfəddin Əsəd tapıb. Bu haqda 2010-cu ilin oktiyabr ayında Çində keçirilən UNESKO – nun Xalq Yaradıcılığı Təşkilatının ikinci konqresində çıxış edib.

2016 cı ilin Oktyabırında Tokio şəhərinə keçirilən konqresdə Yaponiyanın ən böyük OİSKA Təşkilatının Üzvü Seçilib.

Medicina.az saytının kollektivi dəyərli xalq təbabəti bilicisi və həkimi ad günü münasibətilə təbrik edir, ona həyat və iş fəaliyyətində yeni uğurlar arzulayır. Sağlam və çox yaşayın!