Tanınmış jurnalist qaraciyər sirrozundan vəfat etdi - Fotolar

  • 2022.05.20 15:41
  • 3234 Baxış
Tanınmış jurnalist qaraciyər sirrozundan vəfat etdi   - Fotolar

Tanınmış jurnalist, iqtisadçı Qadir İbrahimli vəfat edib.


Medicina.az xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Q.İbrahimlinin nəşinin dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılması ilə bağlı hazırlıqlar görülür.

Qeyd edək ki, Q. İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!