Tanınmış plastik cərrahla bağlı Prokurorluqdan açıqlama

  • 2025.12.29 16:51
  • 235 Baxış
Tanınmış plastik cərrahla bağlı    Prokurorluqdan açıqlama



Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır.

Medicina.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranan 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.

“Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - qeyd olunub.

Qeyd edək ki, Vüqar Ələkbərov Səhiyyə Nazirliyinin sertifikasiyasından keçmiş həkim siyahısında olan uzman estetik cərrahdır.

medicina.az