TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA

  • 2020.07.21 23:34
  • 21635 Baxış
TƏBİB-dən koronavirusla bağlı    AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son sutkaya olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bildirilir ki, hazırda ölkədə 7927 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 332 nəfər reanimasiyada, 66 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7034 test edilib. Edilən ümumi test sayı 641 732-yə çatıb.