TƏBİB-in İcraçı direktoruna yeni müavin təyinatı

  • 2026.06.11 15:23
  • 197 Baxış
TƏBİB-in İcraçı direktoruna yeni müavin   təyinatı

TƏBİB sədrinə yeni direktor müavini təyin olunub.

Medicina.az xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin finalçısı, 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsilini proqram birincisi kimi başa vuran Bahadur Məhərrəm oğlu Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.

B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr təhsili alıb. 2018–2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.

Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Medicina.az


TƏBİB-in İcraçı direktoruna yeni müavin   təyinatı