Təbii antibiotik təsirli nə içə bilərik? – Həkim açıqladı

  • 2023.01.31 21:46
  • 3837 Baxış
Təbii antibiotik təsirli  nə içə bilərik?  – Həkim açıqladı

Bir çox qidalar dərman antibiotiklər kimi bakterisid və antimikrob təsirə malikdir. Bu vasitələri qədimdən təbiblər bilirdilər

“Medicina” xəbər verir ki, diyetoloq Marina Makişa təbii antibiotiklərin adlarını açıqlayıb.

“Bunlardan ikisi soğan və sarımsaqdır. Bu iki tərəvəz allisin və fitonsidlərlə zəngindir. Onlar bakteriyalara qarşı təsir edir.

Amma bunlar dərman deyil. Onları xəstələnməzdən öncə, qrip mövsümündə, soyuq aylarda artıq yeməyə başlamaq lazımdır.

Eləcə də bu qidalar tənəffüs və həzm orqanları infeksiyalarında da yeyilə bilər.

Soğan və sarımsağın efir yağları, inhalyasiyası, qoxusunu buruna çəkmək də təsir edir.
Digər təbii antibiotik zəncəfildir.

Tərkibində olan terpen birləşməsi bakteriyaları məhv edir, iltihabı götürür, immuniteti artırır.

Eləcə də qıtıqotu – xren bədənə antibakterial təsir edir.Xren hələ qədimdən soyuqdəymə, öskürək, infeksion xəstəliklər üçün istifadə olunub.

Bunları 5 yaşından yuxarı uşaqlara da tətbiq etmək olar, dozanı həkimlə məsləhətləşin”.

Aygün Musayeva