Tovuzda təcili tibbi yardım avtomobili qəzaya düşüb.
Medicina.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Tovuz şəhərin mərkəzi bazarının yaxınlığında qeydə alınıb.
Təcili tibbi yardım şöbəsinə məxsus olan "UAZ" markalı avtomobil "VAZ 21011" ilə toqquşub. Qəza zamanı tibb bacısı (ferşel) E.İsazadə xəsarət alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, təcili tibbi yardım avtomobili çağırışa gedən zaman qəza düşüb.
Hadisə yerinə DYP əməkdaşları əməkdaşları cəlb edilib.