"Təcridetmə insanları infeksiyadan qorumaq yox, tibb sisteminin çökməsinin qarşısını almaq üçündür" - Rusiyalı professordan ŞOK

  • 2020.04.16 16:54
  • 2194 Baxış
"Təcridetmə insanları infeksiyadan qorumaq yox, tibb sisteminin çökməsinin qarşısını almaq üçündür"  -  Rusiyalı professordan ŞOK

Moskva Dövlət Tibb Universiteti Xəstəxanasının direktoru, professor Gilber Massard koronavirus epidemiyasının nə zaman bitəcəyi və xəstələrin ölüm səbəbləri haqqında danışıb.

Medicina.az professorun Rusiya mətbuatına verdiyi müsahibədən maraqlı fikirləri təqdim edir:


"Koronavirus tutub sağalan bütün insanlarda virusa qarşı antitellər olacaq və bu, epidemiyanı dayandıra bilər. Bilirik ki, epidemiyanı dayandırmaq üçün əhalinin 70 faizi immunizasiya keçirməlidir, yəni bu virusu tanımalıdır.

Tibbin problemi reanimasiya yerlərinin azlığı, bu xəstələrin çoxluğu ola bilər. Virusa yoluxmuş xəstələrin dörd-beş faiz ola bilər, ancaq bütün reanimasiya otaqları dolu olarsa, insanlar sadəcə dəhlizlərdə və gözləmə otaqlarında öləcəklər. Onları reanimasiyaya yerləşdirməyin heç bir yolu olmayacaq. Anlamaq lazımdır ki, belə xəstələr iki-üç gün ərzində deyil, dörd həftə müddətində intubasiya edilməlidir.


Odur ki, təcridetmə siyasəti yalnız insanları infeksiyadan qorumağa deyil, həm də tibb sisteminin çökməsinin qarşısını almağa yönəldilib. Beləliklə, epidemiyanı genişləndirəcəyik, ancaq daha az insan itkisi və adaptasiya imkanı ilə.

Xəstələri distress sindromu öldürür. Bu o deməkdir ki, ağciyərlər qanın normal oksigen qəbul etməsini təmin edə bilmir. Süni nəfəs aparatı sayəsində bu çox vaxt düzəldilir, lakin həmişə deyil, çünki bəzən vəziyyət o qədər mürəkkəbləşir və ağciyərlər hədsiz zədələnir ki, heç nə kömək etmir. Yaşlılar bədənləri zəiflədiyi üçün daha çox risk altındadır. İnsan nə qədər yaşlı olarsa, xroniki obstruktiv ağciyər xəstəliyi, ürək-damar xəstəliyi, şəkərli diabet kimi patologiyaları varsa və ya sadəcə kökdürsə, sağalma proqnozu bir o qədər qaranlıqdır. Ancaq əsas amil yenə də ağciyər sağlamlığıdır.

Distress sindromuna yalnız virusun səbəb olmadığını başa düşmək vacibdir. Bu, bədənin təbii reaksiyası ola bilər: . Yəni bir mənada orqanizm özü-özünü öldürür.


Yalnız 40 illik tibbi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, dörd həftəlik süni tənəffüs aparatına qoşulan hər bir xəstədə tənəffüs funksiyası azalır. Ağciyərdə heç bir əməliyyat olmasa belə, həyatı davam etdirmək üçün xəstəyə müqavimət göstərməmək məqsədilə xüsusi dərmanlar verilməlidir: yuxu həbləri, əzələ müqavimətini azaldan preparatlar. Nəticədə bütün əzələlərin həcmi azalır, odur ki, bərpa olunduqdan sonra ümumi əzələ zəifliyi görünür.

Virusu məhv edən dərman yoxdur

Vvirusu məhv edən dərmanlar yoxdur. Odur ki, simptomatik müalicədən istifadə edib temperaturu aşağı salmaq üçün parasetamol verə bilərik. Ancaq ibuprofen kimi antiinflamatuar dərmanlar təhlükəlidir. Bu preparatları qəbul edən gənclərin distress sindromuna düşdüyü hallar olub. B

Müxtəlif dərmanlar haqqında çox danışılır, amma təsiri barədə heç bir dəlil yoxdur. Məsələn, Fransada malyariya xəstəliyi 70 ildir xlorokinlə müalicə olunur və həkimlər bütün əks təsirləri bilirlər, ancaq koronavirusun dərmanlarla necə mübarizə aparması hələlik elmə məlum deyil. Bu yaxınlarda Fransa, digər Avropa ölkələri ilə birlikdə hidroksiklorokin olan dörd fərqli dərmanı sınamaq üçün klinik sınaqlarına başladı.

Peyvənd ilk növbədə profilaktika məqsədi daşıyır. Sağalan insanın artıq xilas olmasına ehtiyac qalmayacaq, öz immunitetini inkişaf etdirəcək. Ancaq ümumiyyətlə, peyvənd çox maraqlı bir üsuldur, bunun sayəsində artıq iki xəstəlik - çiçək xəstəliyi və poliomielit keçirmirik.

Peyvənd sınağı ən çox vaxt aparan və uzun bir prosesdir.

- Mən peyğəmbər deyiləm, statistik məlumatlar əsasında bir model hazırlayan, nə qədər əhalinin xəstələnəcəyini və nə qədər davam edəcəyini hesablayan riyaziyyatçı deyiləm. Üstəlik, bu modellər reallıqla üst-üstə düşməyə bilər. Yalnız bilirik ki, virus Çində dekabrın sonunda başladı və artıq epidemiyanın bitdiyini bildirirlər. Yəni orada üç aya yaxın davam etdi. İnanmıram ki, bizdə daha sürətli olsun.

Maraq doğuran məqamlar var, əgər insan genetikasınMana baxsanız, müxtəlif virusların faydalı olan parçalarını görə bilərik. Bu o deməkdir ki, virus mütləq düşmən deyil, dost da ola bilər.

Çoxları deyir ki, koronavirusu Çİn süni olaraq, bioloji silah kimi hazırlayıb, yayıb.

Düşünmürəm ki, çinlilər öz xalqlarını məhv edə biləcək bir epidemiya yaradıb sonra onu bütün dünyaya yaysın. Virusun yayılmağa başladığı Uhan bazarının yaxınlığında hərbi bazaların və laboratoriyaların olması, virusların “sehrbazların” əlinin işi olduğunu bildirmir. Mən belə bir vəziyyət təsəvvür edə bilmirəm.

Virusun hazırda Çində və bütün dünyada yayıldığına baxsaq, bu cür “sui-qəsd nəzəriyyələri”ni qəbul edə bilmərəm.