Tədris Cərrahiyyə Klinikasında “Sevimli həkimlər” layihəsinə start verildi

  • 2018.03.09 17:38
  • 35283 Baxış
Tədris Cərrahiyyə Klinikasında “Sevimli həkimlər” layihəsinə start verildi
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Sevimli həkimlər” (Dream Doctors) layihəsinə start verildi.


 Tədbiri ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov açaraq, layihənin mahiyyətindən danışdı: "Sevimli həkimlər” (Dream Doctors) layihəsinə 2002-ci ildə İsraildə start verilib. Layihənin məqsədi həm uşaqlara, həm də böyüklərə hər zaman və hər yerdə kömək etməkdir. "Sevimli həkimlər” pasiyentin və onun ailə üzvlərinin yaşadığı stresi azaltmağa və müalicə prosesini asanlaşdırmağa kömək edir. Bu layihə İsraildə münaqişələr zamanı uğurla icra edilib. "Sevimli həkimlər” sığınacaqlarda uşaqlara və onların ailələrinə stress vəziyyətinə tab gətirməyə kömək ediblər”.

 

Prorektor N.Zeynalov qeyd etdi ki, "Sevimli həkimlər” layihəsi çərçivəsində bu gün ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikasında uşaqlarla görüş keçiriləcək.

 

Çıxışlardan sonra "Sevimli həkimlər”in fəaliyyətini əks etdirən film nümayiş olundu.


Qeyd edək ki, Ben Gurion Universitetinin və Soroka Tibb Mərkəzinin doktoru Aleks Geftlerin təşəbbüsülə 5-16 mart 2018-ci il tarixlərində İsrailin Azərbaycandakı Səfirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Azərbaycanda "Sevimli həkimlər” treninq layihəsi həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 30 tələbəsi 5 günlük təlimlərdən keçərək Talassemiya Mərkəzi, Onkologiya Mərkəzi və Bakının digər tibb mərkəzlərində təcrübədən keçəcəklər.


 15 mart tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasının Konfrans zalında proqramın bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.



Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məluma