Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası implantasiya olunan ürək ritm cihazlarının satın alınması ilə bağlı açıq tender elan edib.
Medicina.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 1 milyon 308 min manat təşkil edir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində bir və ikikameralı kardiostimulyatorlar (pacemaker), bir, iki və üçkameralı implantasiya olunan kardioverter-defibrilyatorlar (ICD, CRT-D), eləcə də ablasiya prosedurları üçün tibbi cihazların alınması nəzərdə tutulur.
medicina.az