Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tədris Terapevtik Klinikasına yeni direktor təyin olundu - FOTO

  • 2024.06.14 13:09
  • 1094 Baxış
Tədris Terapevtik Klinikasına yeni direktor təyin olundu -  FOTO
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına direktor təyinatı olub.

Medicina.az xəbər verir ki, Klinikaya direktor vəzifəsinə universitetin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.


Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, ötən gün ATU-nun Tədris Terapevtik Klinikasının baş direktoru Fərid Eyvazovun istefa verməsi xəbərini yaymışdıq.

O, öz ərizəsi əsasında işdən çıxıb.