Təhsil işçilərinin 83 faizindən çoxu peyvənd olunub - Nazirlik

  • 2021.09.14 13:00
  • 1338 Baxış
Təhsil işçilərinin 83 faizindən çoxu peyvənd olunub -  Nazirlik
"Sentyabrın 22-dən ibtidai, 29-dan bütün təhsil müəssisələrində tədrisin açılması planlaşdırılır. Bəzi hallarda peyvənd məntəqələrində sıxlıq müşahidə edilir. Bununla bağlı Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaratmışıq".

Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, təhsil işçilərinin demək olar ki, 82-83 faizdən çoxu peyvənd olunub:

"Proses daha da sürətli gedir. Ümid edirəm ki, yaxın həftələrdə vaksinasiya olunan təhsil işçilərinin sayı daha da artacaq. 2020-2021-ci tədris ili başlayanda pandemiya ilə əlaqədar müəyyən işlər görülmüşdü. Bunlar məsafənin qorunması, təhsil müəssisənə gələn şəxslərin qızdırmasının ölçülməsi, xüsusi izolyasiya otaqlarının yaradılması və s.-dir. Bu işlər bu il də davam edəcək”.