“Teletibb 2 həftə məni çayla müalicə edib gecikdirdi, indi ikitərəfli pnevmoniyayam” – Koronavirusa yoluxmuş kişi

  • 2020.04.18 18:44
  • 2795 Baxış
“Teletibb 2 həftə məni çayla müalicə  edib gecikdirdi, indi ikitərəfli pnevmoniyayam”  – Koronavirusa yoluxmuş kişi

Fitnes klub idarəçisi, tanınmış fitnes bloger Viktor Beleçskiy koronavirus analizi müsbət çıxıb, evdə müalicəyə göndərilənlərdəndir. Amma o, evdə telesəhiyyə, yəni həkimin onlayn, görüntülü skayp müalicəsi ilə daha da ağırlaşıb.


Medicina.az xəbər verir ki, Viktor “komsomolskaya pravda”ya başına gələnləri danışıb. Onun koronavirus tarixçəsi 25 martdan başlayıb:


“Panikanın alovlandığı vaxtda hansı ki, mən hələ özümü tam qorumurdum, axşam hərarətim 38ə qalxdı. Mən dərhal diaqnozumu bilmək istəyirdim, çünki dostlarımı, yaxınlarımı yoluxdurmaq istəmirdim. Təcili yardım məni xəstəxanaya götürməkdən imtina edib dedi ki, bu adi qripdir. Mən onlara dedim ki, Avropadan gələn dostlarımla bu yaxında görüşmüşəm. Yarım saat sonra onlar qapıda idi.

Skafandrlar geyinmiş həkimlər burun və boğazımdan analiz götürüb gerdilər, sabaha cavab olacaq dedilər, amma heç nə olmadı.


Bütün idarələrə, qaynar xətlərə zəng etdim. Mən konkret koronavirus şübhəlisi idim. Beləcə 3 gün keçdi. Həkimlərdən biri dedi ki, əgər 1 gün ərzində zəng etməyiblərsə, deməli, korona deyilsiz. Olsa zəng edib gələcəkdilər.


Bu məni rahatlatdı. Axşam dostlarımı çağırdım, yedik içdik.
Səhəri şok yaşadım. Mənə Rosprotrebnadzorun əməkdaşı zəng edib, testiniz müsbət xəbərini verdi. “Evdə qalın, həkimləri gözləyin”.


Mən qorxdum, dostlarım üçün də qorxdum, onları yoluxdura bilərdim. Elə bilirdim öləcəyəm.
Məni yenə xəstəxanaya aparmadılar. İlk 2-3 gündə həkimlər 1-2 dəfə evə gəlib müayinə edirdi. Xəstəlik yüngül keçirdi və mən evdən çıxmamalıydım.


Kürəyim ağrıyırdı, qoxu, dad itmişdi. Öskürək az idi. 2 həftə məni telesəhiyyə ilə ayrılmış həkimlər onlayn olaraq mənimlə əlaqə yaradıb, su iç, çay iç deyirdilər. Hətta terapevt mənə ivan-çay məsləhət görmüşdü.
2 həftədən sonra aprelin 7-si test götürdülər və testim neqativ çıxdı. Mənə sağalmısan dedilər.
Həqiqətən də yaxşı idim, simptomlar yox idi. Amma nəsə sinəmdə, kürəyimdə ağrılar var idi. Dostlarımın təkidi ilə ağciyərlərin komputer tomoqrafiyasını etdirdim. Özəl klinikada KT müayinədə mənə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu.

2 həftə məni telesəhiyyə həkimləri rahat edib, çayla müalicə etdilər, əvəzində pnevmoniya qazandım. Bu barədə həmin həkimlərə, Səhiyyə Nazirliyinə bildirdim, amma bundan sonra onların müalicəsini almaram.


KT müayinələrini müxtəif həkimlərə göstərib, eləcə də Komunarka xəstəxanasının peşəkarlarından bir cavabı aldım: bu koronavirusun ağırlaşmasıdır. Antibiotik qəbul edirəm və proqnozlar müsbətə doğru gedir”.


Viktor öz təcrübəsinə əsaslanaraq, koronavirus şübhəsi olan və evdə müalicə alan hər kəsə ağciyərlərin KT müayinəsindən keçməyi vacib hesab edir.