Tənhalığın səbəbi tapıldı – Bunu edə bilmirsiz!

  • 2024.02.10 16:44
  • 947 Baxış
Tənhalığın səbəbi tapıldı  – Bunu edə bilmirsiz!


Əgər siz tənhalıqdan əziyyət çəkirsiz, çox arzulasaz da, sevgili ola bilmirsizsə, deməli, sizin flirt etmək bacarığınız yoxdur.

"Medicina" xəbər verir ki, Kipr universitetinin alimlər könülsüz tənhalığa səbəb olan faktorları açıqlayıb.

Könülsüz o deməkdir ki, insan romantik münasibət istəyir, lakin alınmır.
Alimlər 1000 qadın və kişini sorğu edib


Nəticələr göstərib ki, hər iki cinsin nümayəndələrində tənhalığın əsas faktoru flirt edə bilməməkdir.


Bu faktor münasibətlərdə o qədər vacibdir ki, alimlərin hesablamarına görə, hər bir bal flirt etmək bacarığı sevgili tapmaq şansını 3 dəfə artırır.


Eləcə də qadınlarda intim partnyor tapmaq şansı seksual disfunksiya olarsa azalır.


Həddən artıq diqqətcil, skandal sevən, utancaq, qarşı tərəfi anlamayan, romantik münasibəti başa düşməyən qadınlar da tənha qalır.

Kişilərdə isə məsələ fərqlidir.


Özünə inamı, güvəni, özdəyəri aşağı olan kişilər, özlərini cəlbedici, seksual hesab etməyənlər və aşağı seksual funksiyası olanlar özlərini sanki qadına layiq bilmir və qadınla tanışlıqdan qaçır.


Aygün Musayeva