Tərkibində Omeqa-3 olan qidalar yesəniz, görün nə olacaq – 1 ay ərzində…

  • 2024.03.12 11:20
  • 456 Baxış
Tərkibində Omeqa-3 olan qidalar yesəniz, görün nə olacaq –  1 ay ərzində…
Omeqa-3 bədənimizin ehtiyac duyduğu ən vacib yağ turşularından biridir. Ancaq bədən bu yağı istehsal edə bilmir. İstehlak edilən qidalarla orqanizmə daxil olan Omeqa-3 sağlamlıq üçün çox faydalıdır.

Medicina.az xəbər verir ki, Dr. Erik Berq 30 gün ərzində Omeqa-3 qəbulunun bədənə necə təsir etdiyindən danışıb.

O bildirib ki, Omeqa-3 ürək, beyin, göz və dəri sağlamlığına inanılmaz təsir göstərir. Eyni zamanda, omeqa-3 immunitet sistemini gücləndirir, depressiyanı azaldır və bədəni iltihabdan təmizləyir.

Berq iddia edir ki, ucuz qiymətə alınan balıq yağı əlavələri əvəzinə təbii qidalara üstünlük vermək daha faydalıdır. Bunun səbəbi balıq yağlarının oksidləşməyə çox meyilli olmasıdır. Köhnəlmiş balıq yağı isə sağlamlığa fayda əvəzinə zərər verəcək.

Erik Berqin fikrincə, ən yaxşısı yağlı balıq, əsasən də sardina, otla bəslənən malın əti, ciyər və yumurta yeməkdir. Qoz, kətan toxumu, çətənə və çia toxumu da Omeqa-3 ilə zəngindir. Bu qidaları istehlak etdikdə xüsusilə iltihablı ağrılarda və ürək xəstəliklərində yaxşılaşma müşahidə edilə bilər. Bundan əlavə, faydalı yağlar yaddaş, idrak funksiyası, diqqət, fokuslanma və öyrənmə üçün faydalı olacaq.

Berq deyir ki, soyuq havalarda meydana gələn vitamin çatışmazlığı, depressiya əlamətləri və oynaq ağrıları çox vaxt faydalı yağ istehlakının olmamasından qaynaqlanır. O, qış aylarında daha çox yağlı balıq yeyilməsinin vacib olduğunu vurğulayıb.

Xüsusilə uşaqların orqanizmini faydalı yağlarla təmin etmək üçün balıq istehlakının çox əhəmiyyətli olduğunu deyən Berq hətta bununla uşaqlarda allergik reaksiyaların belə yüngülləşdirilə biləcəyini iddia edir:

“Günəş işığına məruz qaldıqdan sonra bəzi allergiyalar yox olduğu kimi, sağlam yağların istehlakı da müalicəvi xüsusiyyətlərə malikdir”.

Berq 1 ay müddətində Omeqa-3 yağ turşuları ilə zəngin qidalar yeyən fərdlərin bədənində müsbət dəyişikliklərin müşahidə ediləcəyini vurğulayıb. O, xüsusilə də göz və dəri sağlamlığı üçün yaxşı nəticələrin əldə olunacağını bildirib:

“Omeqa-3 göz quruluğu, dərinin soyulması, revmatizm, qaraciyər yağlanması, kalsium çatışmazlığı, menstrual kramplar və yuxusuzluq kimi xəstəlikləri müalicə edəcək. Bu təsirləri görmək üçün müntəzəm istifadə tələb olunur”.


Aysel