Tərtərdə minaya düşənlərin durumu açıqlandı

  • 2022.10.01 14:16
  • 905 Baxış
Tərtərdə minaya düşənlərin  durumu açıqlandı

Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.

Hər ikisi xəsrəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Onlardan birinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.