Təzə gicitkanın faydaları - Tanınmış həkimdən resept

  • 2022.08.23 13:23
  • 2908 Baxış
Təzə gicitkanın faydaları   - Tanınmış həkimdən resept

Təzə gicitkən qurusundan daha xeyirlidir. Gicitkənin tərkibində Mendeleyev cədvəlidə olan bütün elementlər mövcuddur.


"Medicina" xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

Həkim bildirib ki, yazın başlanğıcında, insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əskikliyi əmələ gəlir, bu əskiklik özünü uşaqlarda daha çox büruzə verir.


"Əlinizə rezin əlcək geyinib gicitkəni dərin, suda yuyun və qayçı ilə doğrayıb şüşə qabın yarısına qədər doldurun, üzərinə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır. Təzə yığılmış yarpaqları yuyub şirəçəkəndən keçirmək də olar bu zaman təmiz gicitkən şirəsi əldə edəcəksiniz. Bu şirədən gündə 2 dəfə, yeməkdən əvvəl 1 stəkan için".


F.Hüseynovun sözlərinə görə, gicitkən şirəsi bədəndə çatışmayan bütün vitamin və mineralların yerini dolduracaq. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr üçün çox faydalıdır.


Fitoterapevt qeyd edib ki, təzə gicitkən şirəsi qanda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəkləri daş və qumlardan təmizləyir, dərin itəravətləndirir, immuniteti artırır. Bundan başqa, təzə gicitkəndə bol miqdarda K vitamini vardır ki, qanın laxtalanmasını tənzimləyir. Təzə gicitkəni dərib süpürgə kimi bağlayıb, sauna və ya hamamda dizlər və bel nahiyəsi həmin süpürgə ilə döyülür.


Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır. Təzə gicitkən ətçəkən maşından keçirilib təzə tökülmüş saçların yerinə lopa şəklində qoyulduqda yeni tük gətirir, olan saçları qalınlaşdırır. Bunu zob üzərinə qoyanda düyünlər əriyir, daban mahmızı üzərinə qoyanda isə mahmız kiçilir. Oynaqların duzlaşmasında və podaqrada tətbiq olunanda oynaqlarda olan şiş və ödem azalır. Belin aşağı hissəsində tüklər follikullara girib infeksiya törətdikdə, gicitkən əzməsi büzdümün həmin nahiyəsinə qoyulur, iltihab və ağrını azaldır. Onu ekzema və dəmrovların üzərinə qoyanda dəri zədələnməsi əhəmiyyətli dərəcədə azalır, lipomaların isə ölçüsünü kiçildir.

F.Hüseynov əlavə edib ki, təzə gicitkən şirəsini 10 gün içidikdən sonra 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında (xoşxassəli şişlərində) çay kimi dəmlənib içilir.

Gicitkən yarpaqlarından Misirdə təbii qida boyası alınır. Gicitkən kökləri prostat hiperplaziyasında (böyüməsində) 3 çay qaşığı 3 stəkan suda 3-4 dəq qaynadılır, ilıq olandan sonra süzülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.


Aygün Musayeva