Təzəcə sağalmışdı ki, yenə eyni simptomlar – Koronavirus xəstəsindən İLGİNC

  • 2020.11.06 16:07
  • 14496 Baxış
Təzəcə sağalmışdı ki, yenə eyni simptomlar   – Koronavirus xəstəsindən İLGİNC

Koronavirusdan 12 gün əvvəl sağalan Krasnoyarlı qadın xəstəliyin simptomlarının yenidən qayıtdığını bildirib.


Həkimlər bildirir ki, bu virus gedişatında yeni bir məqamdır və çox sürətlə baş verib. Amma təkrar yoluxma ola bilməz.

Medicina.az xəbər verir ki, Anastasiya adlı qadın koronavirusdan sağaldıqdan sonra işə çıxmağa hazırlaşırdı. O, poliklinikaya təkrar test üçün getmişdi


Həyat yoldaşından yoluxan qadının başı, gözləri, boynu, əzələləri ağrıyır, mədə-bağırsağı spazm verir, huşu dumanlanırdı.

Ayaqları dəhşətli dərəcədə ağrıyan xəstə dadbilməni də itirir.

12 gündən sonra sağalan qadın qəfildən yenidən koronavirus simptomları hiss edib:

“Dad və qoxubilmə itdi, biz evdə qəhvə, limon, ətir hər şeyi iylədik. Amma heç nə hiss etmirdik.
Yenidən həkimə zəng etdik, o bizə yenidən test üçün gəlməyimizi tapşırdı.

İkinci dəfə test verdikdən evə qayıdan qadının yenidən bədəni, başı ağrımağa başlayır.

“Mən çox qorxdum. Hər şey başa qayıtmışdı sanki. Yata bilmirdim. İkinci dəfə yoluxub yoluxmadığımı heç kim demir”.
Yenidən xəstəlik tarixçəsi açılan qadın evdə müalicə almalı olacaq.

Həkimlər koronavirus xəstəsində sağaldıqdan sonra dərhal sürətli yoluxma faktının olmamasını bildirir.
Görünür, bu xəstə tam sağalmayıb.