Təzyiq aşağı düşdükdə nə etməli ?

  • 2023.03.10 14:34
  • 2544 Baxış
Təzyiq aşağı düşdükdə nə etməli ?
Diyetoloq, tibb elmləri namizədi həkim Yelena bildirib ki, atmosferdəki təzyiqin aşağı düşməsi insanlarda bir çox narahatlığa gətirib çıxarır. Bunlardan biri də təzyiqin aşağı düşməsidir. Əsas da ürək –damar sistemində problemləri olan insanlar üçün təhlükəlidir.


“Medicina” xəbər verir ki, bu dövrdə belə insanlarda artimiyalar, qan təzyiqinin aşağı və ya əksinə yuxarı qalxması prosesləri gedir.

Bundan əlavə, atmosfer dalğalanmaları avtonom sinir sisteminin pozğunluqları olan insanlara mənfi təsir göstərir. Onlarda ürək fəaliyyəti ilə bağlı problemlər də ola bilər. Əlavə olaraq - ağrı, ağır yorğunluq və zəiflik ilə ümumi nasazlıq və ya artan narahatlıq, nevrozlar baş verir.

Bu zaman təmiz havada yüngül bir gəzinti, yüngül idman hərəkətləri lazımdır. Çünki ayaqların əzələləri işləməyə başlayır. Bu da qanı hərəkətə gətirən əlavə nasos kimidir və ürək artıq daha işləyir.

Sağlam qida əsas rol oynayır. Yemək yüngül olmalıdır, dolğunluq və ağırlıq hissi yaratmamalıdır. Qızardılmış yeməklərdən imtina etmək, şirin və yağlı qidaları minimuma endirmək daha yaxşıdır.

Solomatina onu da bildirib ki, atmosfer təzyiqində kəskin dalğalanmaların olduğu həmin günlərdə su içmək lazımdır. Bədən üçün suyun kifayət etməməsi ağız qoxusu, bulanıq görmə ilə müşayiət oluna bilər.

Günay M