Təzyiqi aşağı salmaq üçün əla vasitə

  • 2023.04.14 16:43
  • 3883 Baxış
Təzyiqi aşağı salmaq üçün əla vasitə
Təzyiq azaldan preparatlarla yanaşı bəzi qida və içkilər də xəstələrə kömək edə bilər.

“Medicina” xəbər verir ki, həkim – diyetoloq Yelena Solomotinanın sözlərinə görə, bu içki yüksək qan təzyiqini aşağı salmağa kömək edəcək.

Çuğundur, kərəvəz, cəfəri - nitratlarla zəngin içkidir. Cəfəri sidikqovucu, çuğundur və kərəvəz isə damarları genişləndirən təsirə malikdir.

Həkimin sözlərinə görə, bu qarışıq zəngin bir maqnezium və kalium mənbəyi olan bananla tamamlana bilər. Bu mikroelementlər qan damarlarına və ürəyə də müsbət təsir göstərir.

Maqneziumun təsiri ilə vazodilatasiya baş verir, kaliumun təsiri altında isə sidikqovucu funksiya aktivləşir və şişkinlik azalır.

Bütün bunlar da hipotenziv təsir göstərir. Belə bir içki yaşlı insanlar üçün faydalı olacaq.

Qan damarlarını gücləndirmək üçün həkim giləmeyvə yeməyi tövsiyə etdi.

Təzyiq çox yüksəkdirsə, onu dərmanla azaltmaq daha yaxşıdır. Bu qarışıq sadəcə köməkçi elementdir.

Günay Quluzadə