Təzyiqin yüksəldiyini aparatsız necə bilməli? - Həkim açıqladı

  • 2022.02.16 12:44
  • 2335 Baxış
Təzyiqin yüksəldiyini aparatsız necə bilməli? -  Həkim açıqladı
Rusiyalı kardioloq Rüstəm Osmanov qan təzyiqinin tonometr olmadan necə ölçüləcəyini açıqlayıb.

Ekspertin fikrincə, bunu bir neçə yolla etmək olar.

Birincisi, qan təzyiqi əlamətlərlə müəyyən edilə bilər. Təzyiq yüksəldikdə bu, tez-tez başın arxa hissəsində ağrılar, başgicəllənmə, gözlər qarşısında nöqtələrin uçuşması, taxikardiya (sürətli nəbz), nizamsız nəbz, narahatlıq, ürəkbulanma, hətta qusma ilə müşayiət oluna bilər.

Qan təzyiqinin azalması zamanı isə zəiflik, yuxululuq, aktivliyin azalması, tez-tez əsnəmə kimi hallar görünür.

İkincisi, nəbzi əllə ölçməklə qan təzyiqinin səviyyəsini müəyyən etmək mümkündür. Ürək döyüntüsü 90 və ya daha çox olduqda, bu, xəstənin qan təzyiqinin çox yüksək olması deməkdir. Belə ki, normal ürək döyüntüsü dəqiqədə 60-80 dəfə arasındadır.

Kardioloq həmçinin təzyiqi ölçmək məqsədilə smartfonlar üçün xüsusi tətbiqlərdən danışıb. Lakin onların heç də etibarlı olmadığını bildirib.

O, qeyd edib ki, qan təzyiqinin səviyyəsini normallaşdırmaq üçün pəhrizə riayət etmək, duz qəbulunu məhdudlaşdırmaq, fiziki fəaliyyəti unutmamaq, siqareti və həddindən artıq spirtli içki istehlakını dayandırmaq lazımdır.