Böyük Britaniyada 8 ay ərzində xəstə ilə münasibətdə olan və ondan hamilə qalan tibb bacısı həbs edilib.
Medicina.az xəbər verir ki, 30 yaşlı Lidiya-Mey Qrin gələcək sevgilisi ilə tanış olduğu psixiatrik xəstəxanada işləyirdi. 2024-cü ilin fevral ayında kişi tibb bacısına dünyanın ən gözəl qadını olduğunu mesajla bildirib. Qadın xəstəyə aşiq olub və onlar münasibətə başlayıb.
2024-cü ilin fevral ayından oktyabr ayına qədər Qrin və xəstə xəstəxanadan çıxdıqdan sonra otellərdə görüşüblər. Daha sonra qadının telefonunda onların birlikdə çəkdirdikləri açıq-saçıq fotolar və videolar tapılıb. Şəkillərdə tibb bacısı və xəstə çılpaq görünür.
2024-cü ilin sentyabr ayında qadın sevgilisinin saxlanıldığı xəstəxanadan çıxıb, lakin münasibətləri davam edib. Bir ay sonra Qrin ondan hamilə qaldı, lakin tezliklə düşük oldu. Dekabr ayında qadın onu tərk etdi.
Buna baxmayaraq, o, qadına yazmağa davam edib və yanvar ayında onların münasibətini digər xəstəxana işçilərinə açıqlayıb. Qrin məhkəmə qarşısına çıxarılaraq, iki il dörd ay həbs cəzasına məhkum edildi.
Pasiyent autizm və DEHB-dən əziyyət çəkirdi. Ona həmçinin şizoaffektiv pozğunluq diaqnozu qoyulmuşdu.
Məhkəmə Qrinlə münasibətin ona ciddi psixoloji zərər verdiyini və xəstəxanadan çıxma şansını azaltdığına qərar verdi.
Aygün Musayeva