Tibb bacısı xəstəyə səhvən fizioloji məhlul əvəzinə formalin vurdu – Xəstə komaya düşdü

  • 2018.03.23 18:57
  • 25024 Baxış
Tibb bacısı xəstəyə səhvən  fizioloji məhlul əvəzinə formalin vurdu –  Xəstə komaya düşdü
Moskvada həkim səhvi ucbatından komaya düşən 28 yaşlı pasiyentin həyatını xilas etmək üçün çalışırlar. Belə ki, Ulyanovsk şəhərində xəstəxanada kista çıxarılması məqsədilə planlı əməliyyata alınan 28 yaşlı Yekaterinaya  sonradan səhvən fizioloji məhlul əvəzinə 10 doza  formalin vurublar. 2 dəqiqə sonra pasiyentin vəziyyəti pisləşib, tibb bacısı səhvini anlayan kimi təcili reanimasiya tədbirlərinə başlanılıb.

 

Qadının qarın boşluğu yuyulsa da , o vaxta kimi daxili orqanlar yanıq yarası almışdı. Xəstəni təcili Moskvaya Federal Tibbi Mərkəzə köçürüblər.  Komada olan xəstəyə intensiv terapiya aparılır. Hələ ki, həkimlər öncədən proqnoz vermək istəmir. 


Səhiyyə Nazirinin sözlərinə görə, məsələ üzrə araşdırma komissiyası yaradılıb. Nəticələrə görə səhvə yol verən əməkdaşlar məsuliyyətə cəlb olunacaq. Pasiyentin ailəsinə kompensasiya verilməsi məsələsinə də baxılacaq.