Tibdə ilk – 5-ci Tip Diabet növü rəsmən tanındı

  • 2026.04.17 17:16
  • 118 Baxış
Tibdə ilk  – 5-ci Tip Diabet növü rəsmən  tanındı


Beynəlxalq Diabet Federasiyası on illərdir alimlər arasında mübahisəli olan 5-ci tip diabetin mövcudluğunu rəsmi olaraq tanıyıb.

Medicina.az xəbər verir ki, təşkilat bu diabet formasını rəsmi olaraq siyahıya almaq üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib.

Bu, qidalanma pozğunluğundan qaynaqlanan 5-ci tip diabetdir. Ekspertlərin hesablamalarına görə, bu, əsasən xroniki qida çatışmazlığı ilə xarakterizə olunan Asiya və Afrika ölkələrində 25 milyon insana təsir göstərə bilər.

Bu vəziyyət ilk dəfə 1950-ci illərin ortalarında qeydə alınıb, lakin sonradan istifadədən çıxarılıb. Ötən əsrin sonlarında ÜST sübutların olmaması səbəbindən onu təsnifatından çıxardı və bu da onun etibarlılığı ilə bağlı elmi konsensusun olmamasına səbəb oldu. Son tədqiqat məlumatları bu mövqeyi yenidən nəzərdən keçirmək üçün əsas yaratdı.

"Diabetin spesifik növünü anlamaq düzgün müalicəni seçmək üçün çox vacibdir", - deyə Ekseter Universitetinin alimi Kreyq Bil bildirib.

Daha çox yayılmış formalardan fərqli olaraq, bu növ autoimmun xəstəliklərdən və ya həyat tərzi amillərindən deyil, uzun müddətli əsas qida maddələrinin çatışmazlığından qaynaqlanır.
Bu xəstələrdə insulin istehsalı azalır, baxmayaraq ki, toxumalar ona həssas qalır.

Bu xüsusiyyət, vəziyyətin 1-ci və ya 2-ci tip diabetlə qarışdırıldığı zaman tez-tez səhv diaqnoz qoyulmasına gətirib çıxarır. Nəticədə, xəstələr təsirsiz və ya hətta zərərli standart müalicə alırlar.

Albert Eynşteyn Tibb Kollecinin endokrinoloqu Meredit Hokins qeyd edib ki, "Bu xəstəlik vərəmdən daha çox yayıyılıb və demək olar ki, HİV qədər geniş yayılmışdır, lakin rəsmi adının olmaması onun diaqnozuna və müalicəsinə mane olub".

Yeni məlumatlara görə, davamlı qida çatışmazlığı mədəaltı vəzinin inkişafına mənfi təsir göstərə və müəyyən edilmiş diabet növlərinin heç biri üçün meyarlara cavab verməyən unikal metabolik model yarada bilər.

Mütəxəssislər hesab edirlər ki, yeni növün rəsmi tanınması onun aşkarlanması və müalicəsi üçün xüsusi klinik qaydaların hazırlanmasına imkan verəcək, eləcə də uzun müddətdir əsasən həll olunmamış bir problemə diqqəti cəlb edəcək.


Aygün Musayeva