Xorultu ilk dəfə xərçəng riski ilə əlaqələndirilir, bu tibbi elmdə ilk açıqlamadır.
“Medicina” xəbər verir ki, İsveçdə Uppsala Universitetinin tədqiqatçılarına görə, xorultu çəkənlərdə xərçəngin inkişaf riski artır.
Obstruktiv yuxu apnoesi milyonlarla inana, xüsusən kişilərə təsir edən bir xəstəlikdir.
Bu, tez-tez yüksək səsli nəfəs, nəfəs almaqda çətinlik və gündüz yuxululuğu ilə müşayiət olunur.
Simptomlar yuxu zamanı müvəqqəti hava yollarının tıxanmasından yaranır və bu, insanın daim oyanıb fərqinə varmadan yenidən yuxuya getməsinə səbəb olur. Nəticədə, onlar səhərlər özlərini halsız hiss edirlər.
Alimlər deyirlər ki, xorultu insultla nəticələnə bilər.
Artıq çəkili insanlar, diabet xəstələri, siqaret çəkənlər və çox içənlər ən böyük risk altındadırlar. Xorultu gecələr oksigen çatışmazlığı ilə əlaqəli ola bilər.
Yuxu apnoesi olan 62.000-dən çox xəstəni araşdırdıqdan sonra İsveçli alimlər ağır yuxu apnesi olanların damarlarında qan laxtalanması riskinin daha yüksək olduğunu aşkar etdilər.
Obstruktiv yuxu apnoesinin xərçəng riskinin artması ilə əlaqəli olduğu artıq məlum idi, lakin bunun xəstəliyin özü ilə, yoxsa piylənmə və kardiometabolik xəstəliklər kimi əlaqəli amillərlə əlaqəli olub-olmadığı məlum deyildi. İndi apnoe səbəbindən oksigen çatışmazlığının müstəqil olaraq xərçəng riskini artırdığı müəyyən edilib.
Aygün Musayeva