Topuq (daban) nahiyəsində yaranan şişkinlik və ağrı xüsusilə orta və yaşlı yaş qruplarında tez-tez rast gəlinən şikayətlərdəndir. Bu əlamətlər həm lokal ortopedik problemlərlə, həm də sistemik xəstəliklərlə əlaqəli ola bilər.
Medicina.az xəbər verir ki, topuq nahiyəsi aşağıdakı strukturlardan ibarətdir:
Axilles vətəri (topuq sümüyü ilə baldır əzələsini birləşdirir)
Bursa (sürtünməni azaldan maye kisəcikləri)
Plantar fasiya (ayağın alt hissəsində yerləşən bağ toxuması)
Qan damarları və sinirlər
Bu strukturların hər hansı birində baş verən dəyişiklik ağrı və şişkinliyə səbəb ola bilər.
Əsas səbəblər
1. Axilles tendiniti
Axilles vətərinin iltihabı ilə xarakterizə olunur.
Əlamətlər:
Topuğun arxa hissəsində ağrı
Şişkinlik və gərginlik hissi
Hərəkət zamanı narahatlıq.
2. Bursit
Topuq nahiyəsində yerləşən bursanın iltihabıdır.
Əlamətlər:
Lokal şişkinlik
Toxunmada həssaslıq
Dəri altında “doluluq” hissi.
3. Plantar fasiit
Ayağın alt hissəsində yerləşən plantar fasyanın zədələnməsi.
Əlamətlər:
Səhər ilk addımlarda güclü ağrı
Daban altı nahiyəsində sancı
Bəzən şişkinlik
4. Ödem
Mayenin toxumalarda toplanması nəticəsində yaranır.
Səbəblər:
Duzlu qidalanma
Ürək-damar problemləri
Uzun müddət ayaq üstə qalmaq
Adətən hər iki ayaqda müşahidə olunur.
5. Dərin ven trombozu (DVT)
Nadir, lakin həyati təhlükəli vəziyyətdir.
Əlamətlər
Birdən başlayan şişkinlik
Ayaqda istilik və qızartı
Ağrının artması
Bu halda təcili tibbi müdaxilə tələb olunur.
Diaqnostika
Diaqnozun dəqiqləşdirilməsi üçün aşağıdakı üsullar istifadə olunur:
Fiziki müayinə
Ultrasəs (USM)
Rentgen müayinəsi
Zərurət olduqda MRT
Qan analizləri (iltihab və ya sistemik səbəblər üçün)
Müalicə yanaşmaları
Konservativ müalicə:
İstirahət və fiziki yüklənmənin azaldılması
Soyuq və ya ilıq kompreslər
İltihabəleyhinə preparatlar (həkim məsləhəti ilə)
Ortopedik ayaqqabı və ya daban dəstəkləri
Fizioterapiya:
Dartınma və gücləndirmə hərəkətləri
Massaj və reabilitasiya prosedurları
İnvaziv müdaxilə
Aygün Musayeva