Toydan əvvəl bəy-gəlin bu qidaları yeməməlidir

  • 2023.05.10 12:14
  • 1804 Baxış
Toydan əvvəl  bəy-gəlin bu qidaları    yeməməlidir
Toy qabağı hər kəs çalışır ki, gözəl görünməkdən əlavə, şişkinlik olmasın, əksinə arıqlasın.

“Medicina” xəbər veri ki, şişkinlik və köp bir insanın toy günü qarşılaşa biləcəyi ən böyük diskomfortdur.

Mütəxəssislər arzuolunmaz nəticələrin qarşısını almaq üçün əlamətdar gün ərəfəsində hansı qidalardan imtina etməyin vacib olduğunu araşdırıb.

"Musiqili tərəvəzlər" adlanan lobya, turp, noxud kimi qidalar qəbul edilməməlidir. Şişkinlik və meteorizmə, həmçinin xarakterik gəyirməyə səbəb ola biləcək spirtli və alkoqolsuz qazlı içkilərlə diqqətli olmalısınız.

Xüsusi ilə soyuducuda qalan və yenidən qızdırılan düyüdə, plovdan imtina etmək lazımdır. Yeni bişmiş düyü bağırsaqları şişirdir. Soğan və sarımsaq mədə ödeminə səbəb olan qısa təsirli karbohidratlardır. Onların yan təsirləri qarın ağrısı, ishal və qəbizlikdir.

Toy ərəfəsində bütün növ fast-foodlardan çəkinmək olar. Pizza, burger və kartof qızartması uzun müddət həzm olunan yağlarla doludur. Nəticədə diskomfort yaradır.

Tərkibində sağlam kalsium olan, eyni zamanda həzm problemlərinə, şişkinlik və meteorizmə səbəb olan süd məhsulları yemək olmaz.

Nəhayət, toy ərəfəsində Brüssel kələmi və ağ kələm kimi tərəvəzləri, şorabaları və spirti pəhrizdən çıxarmaq yaxşıdır.




Spirtli içkilər kükürd tərkibli qazların əmələ gəlməsinə səbəb olmaqla yanaşı, həzm sistemini də zəiflətmək
xüsusiyyətinə malikdir.

Günay Quluzadə