Toyuq ayaqlarını atmayın, bulyonu ölünü dirildir - Yapon alimləri

  • 2019.05.03 21:04
  • 71020 Baxış
Toyuq ayaqlarını atmayın, bulyonu ölünü dirildir -  Yapon alimləri
Heç ömrünüzdə toyuğun ayaqlarını alıb yemisiz və ya kəsəndən sonra ayaqlarından xüsusi bulyon bişirməyı sınamısız? Axı çox adam bilir ki, toyuğun ayaqları da necə ki, mal, qoyun ayaqları atılmır, ondan da faydalı xaşa bənzər bulyon bişirmək olur.


Bazarlarda xüsusi olaraq toyuq ayaqları satılır. Amma təəssüf ki, onu başqa millətlər, xüsusən də ruslar alıb yeyir.


Medicina.az hətta yapon alimlərinin də araşdırmalar nəticəsində toyuq ayaqlarının faydalı olması barədə maraqlı məqamları təqdim edir.


Laborator analizlər sübut edib ki, toyuq ayaqlarında çox sayda, ağla gəlməyəcək qədər zülal vardır. Zülal və kollagen dayaq-hərəkət aparatının, sümüklərin, oynaqların sağlam qalması üçün vacibdir.


Müntəzəm olaraq toyuq ayaqlarını qida kimi qəbul edən insanda kalsium defisiti olmaz. 

Ayaqlar qiymətli vitamin və minerallarla zəngindir. 


 


Kimlərə lazımdır?


-Hipertoniya xəstələrində - Yapon alimləri bildirir ki, məhz toyuq ayaqlarının bulyonu yüksək təzyiqi salmaq üçün əla vasitədir. Onun tərkibində olan zülalın tərkibində olan bir maddə təzyiqi salan dərmanların tərkibindəki ilə eyni təsirə malikdir.


-Uşaq, yeniyetmə və yaşlılarda sümüklərin keyfiyyətini yaxşılaşdırır

 

-Xüsusən qadınlar menopauza dövründə bu məhsulu yeməlidir ki, osteoporoz kəskinləşməsin


-Zəif uşaqları canlandırır


-Bədənin yağ-zülal mübadiləsini yaxşılaşdırır


-Əməliyyat, doğuş, sınıq-çıxıq, travmadan sonra


Ayda 3 dəfə toyuq ayaqlarını təmizləyib, dadlı bulyon bişirib yesəniz:


-İmmun sistem möhkəmlənəcək

-Dəriniz cavanlaşacaq

-Əsəb sistemi sakitləşir

-Dırnaqlar –saçlar uzanır, möhkəmlənir

-Oynaq qığırdaqlarını bərpa edir, mayesinin qurumasının qarşısını alır

-Damarları möhkəmlədir

-Sümük, oynaq ağrıları, revmatizmanı sakitləşdirir

-Bədəndə iltihabi prosesləri azaldır


Çalışın sağlam toyuğun ayaqlarından istifadə edəsiz. Ayaqların dərisini soyub, təmizləyib yuyursuz.

 


Toyuq ayaqlarını atmayın, bulyonu ölünü dirildir -  Yapon alimləri
Toyuq ayaqlarını atmayın, bulyonu ölünü dirildir -  Yapon alimləri