Tramp yenidən koronavirus testi verdi - Həkimi açıqladı

  • 2020.10.11 13:08
  • 1520 Baxış
Tramp yenidən koronavirus testi verdi  - Həkimi açıqladı

ABŞ Prezidenti Donald Trampda artıq koronavirus yoxdur.

“RİA Novosti” bu barədə onun həkimi Sen Konliyə istinadla xəbər yayıb.

Həkimin sözlərinə görə, 10 oktyabr şənbə günü səhər aparılmış PCR testi göstərir ki, ABŞ lideri artıq virusu başqalarına ötürmək riski daşımır.