Trampın köməkçisi koronavirusa yoluxdu

  • 2020.05.07 23:13
  • 3558 Baxış
Trampın köməkçisi koronavirusa yoluxdu
ABŞ Prezidenti Donald Trampın şəxsi köməkçilərindən biri koronavirus infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Gidli məlumat yayıb.

Onun sözlərinə görə, koronavirus aşkar edilən köməkçi ABŞ Hərbi Dəniz Donanmasında xidmət edir. O, Trampa və ailəsinə yaxın şəxsdir.