Trampın qızının şəxsi köməkçisində koronavirus aşkarlandı

  • 2020.05.09 12:47
  • 3024 Baxış
Trampın qızının şəxsi köməkçisində   koronavirus aşkarlandı
Koronavirus epidemiyasının mərkəzinə çevrilən ABŞ-da COVID-19-a yoluxma sayı artmaqda davam edir.

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlanıb.

Köməkçinin son bir neçə həftə ərzində Trampın qızının yanında olmadığı və uzaqdan işlədiyi bildirilib.

ABŞ mediası İvanka Tramp və əri Jared Kuşnerin cümə günü verdikləri testin mənfi nəticə göstərdiyini yazır.