Tüklənmə və menstruasiya pozulmasında pəhriz

  • 2023.08.08 15:19
  • 1161 Baxış
Tüklənmə və menstruasiya pozulmasında     pəhriz

Kökəlmə, menstrual dövrünün pozulması, əhvalın tez-tez dəyişilməsi, libidonun azalması, tüklənmə hormonal disbalansdan xəbər verir.
Bu qadınlara fitoestrogenlərlə zəngin qidalar lazımdır. Fitoestrogenlər qadın orqanizminə estrogenlərə bənzər təsir edir.


"Medicina" bu hormonla zəngin qidaları təqdim edir.

Kətan toxumu

Bu toxumlar antioksidant maddələri ilə zəngindir, qadınlarda hormonla fonu tənzimləyir, xərçəngin qarşısını alır. Gün ərzində 1 qaşıq qədər yemək olar.


Püstə

Gün ərzində 10-15 püstə yemək olar.


Qoz, badam


Süd vəzi xərçənginin qarşısını alır, beyinin fəaliyyətini yaxşılaşdırır, streslərlə mübarizə etməyə kömək edir. Gün ərzində 5-6 qoz ləpəsini yemək olar.

Aygün Musayeva