Türkiyə şirkətindən ordumuza yardım

  • 2020.11.04 15:29
  • 2501 Baxış
Türkiyə şirkətindən ordumuza yardım

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağı erməni işğalından azad etmək və Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədilə artıq bir aydır ki, uğurlu əks hücum əməliyyatları həyata keçirir. Bu haqlı mübarizədə iştirak etmək hər bir əsgərimizin vəzifə borcu olduğu qədər, həm ölkəmizin daxilində, həm də xaricində yaşayan hər bir azərbaycanlının da şərəf borcudur. Təsadüfi deyil ki, hər bir vətəndaş əlindən gəldiyi qədər maddi və mənəvi dəstək göstərməklə Vətənə olan sədaqət borcunu ödəməyə çalışır.

Türkiyənin əczaçılıq bazarının öncül şirkətlərindən biri olan Helba İlaç İç ve Dış Sanayi Ticaret A.Ş. də müharibənin ilk günlərindən ordumuza dəstək göstərib. Həmyerlimiz Vəfadar Həsənovun rəhbərlik etdiyi şirkət ordumuzun əsas ehtiyacları ola biləcək dərman vasitələri və tibbi vasitələrdən ibarət humanitar yardımın Azərbaycana göndərilməsini təmin edib. Bu yardımın Azərbaycana çatdırılması və ordumuza təslim edilməsi Heydər Əliyev Fondunun rəhbərliyi ilə TƏBİB tərəfindən həyata keçirilib.

Bu Vətən müharibəsində birlik və həmrəylik göstərən hər bir həmyerlimizə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk.