Türkiyədə kanalizasiya sularında canlı kovid virusu aşkarlandı

  • 2021.10.08 16:07
  • 2010 Baxış
Türkiyədə kanalizasiya sularında canlı kovid virusu  aşkarlandı
Türkiyənin Orman Bakanlığı nəzdində Su instututu kanalizasiya suları nöqtələrində aparılan müayinələrdə yeni tip kovid virusunun canlı nümunələrini aşkarlayıb.

Bu müayinə metodları ilə Türkiyə ərazisi üzrə yoluxma ərazilərində yüksəlmələrin proqnozlaşdırılması və hansı ərazilərdə yoluxmanın artacağını 4-5 gün öncədən təyin etmək mümkün olacaq.

Medicina.az xəbər xəbər verir ki, Türkiyənin Su intitutunun rəhbəri professor Ahmet Mete kovidin bütün variantlarını kanazasiya sularından təsbit edə bildiklərini deyib.

Kanalizasiya sularında kovid taraması layihəsi Marmara Universitetinin Ekoloji mühəndislik bölümündə həyata keçirilir.
Pilot layihə İstanbul və Ankara da daxil olmaqla 22 nöqtədə aparılır.

Alınan nümunələrin analiz nəticələrinə görə Türkiyədə kovid yayılması xəritələri hazırlanır.

Layihə kovid atakları və digər virusların yayılmasını erkən aşkarlamaq və təqibi üçün gələcəyin ciddi bir sistemi kimi önəm daşıyır.
22 nöqtədən alınan çirkab suların analizlərində 40% ingilis variant, 60%-I klassik original kovid virusu aşkarlanıb.


“Kanalizasiya sularında koronavirusu yaxalamaq mümkündür, yoluxma yüksələcəkmi, azalacaqmı bunu da görə bilirik. biz Türkiyədə virus yayılma xəritələrini çıxarırıq və proqnozlar real durumla 100% üst-üstə düşür”.