Türkiyədə koronanın yeni variantı aşkarlandı

  • 2023.09.15 10:40
  • 1974 Baxış
Türkiyədə koronanın  yeni variantı aşkarlandı
Türkiyədə COVİD-19-un omikron ştammının yeni variantı - Eris (EG.5.1) aşkarlanıb.


Medicina.az xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Qocanın sözlərinə görə, Eris variantı Referans Laboratoriyalarında aparılan incələmələr zamanı 9 nəfərdə tapılıb:

“Onlar xaricdən və eyni əyalətlərdən olan şəxslərdir”.